IQNA

7:42 - December 20, 2020
Xəbər sayı: 3488885
Tehran (IQNA) -  İraqın paytaxtı Bağdad şəhərinin şimalında yerləşən Kazimeyn rayonunda yerləşən Kazimeyn imamlarının (ə) hərəmi ziyarətçilərin üzünə açılıb.

İraqın paytaxtı Bağdad şəhərinin şimalında yerləşən Kazimeyn rayonunda yerləşən Kazimeyn imamlarının (ə) hərəmi ziyarətçilərin üzünə açılıb.

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması hədəfi ilə bağlanmış müqəddəs ziyarətgah bir ildən sonra, cari həftənin Cümə günü (18 Dekabr 2020), yenidən fəaliyyətə başlayıb.

Bu barədə İmam Musa Kazim (ə) və İmam Məhəmmədtəqi əl-Cavadın (ə) müqəddəs hərəminin idarəçilik heyəti məlumat verib.

Qeyd edək ki, Kazimeyn ziyarətgahında 12 imamçı şiələrin 7-ci imamı Həzrət İmam Musa Kazim (ə) və onun nəvəsi 9-cu məsum imam Həzrət İmam Məhəmmədtəqi əl-Cavad (ə) dəfn edilib.

Bu ziyarətgah İraqın paytaxtı Bağdad şəhərinin şimalında yerləşən və elə həmin iki imamın ziyarətgahına görə Kazimeyn adlanan rayondadır.

Bu ziyarətgah müsəlmanlar, xüsusi ilə də şiələr tərəfindən davamlı ziyarət edilən hərəmlərdən biridir.

Kazimeyn imamlarının (ə) məzarı üzərində ilk türbə Ali-Buyyə hakimiyyətindən öncə tikilib. Ali-Buyyə, Səlcuq, Ali-Cəlayir, Səfəvi və Qacar hakimləri bu müqəddəs hərəmi təmir ediblər. /3941816

Ad:
E-poçt:
* Comment:
* captcha: