IQNA

8:09 - December 21, 2020
Xəbər sayı: 3488891
Tehran (IQNA) - Almaniyanın Baden-Vürtemberq əyalətinin Santhaym şəhərində müsəlmanların məscidi irqçi islamofobların hücumuna məruz qalıb.

Almaniyanın Baden-Vürtemberq əyalətinin Santhaym şəhərində müsəlmanların məscidi irqçi islamofobların hücumuna məruz qalıb.

Naməlum irqçi şəxslər Almaniyanın cənub-qərbində yerləşən bu əyalətdə Türkiyə-İslam İttihadiyəsinin nəzdində fəaliyyət göstərən "əl-Fateh" məscidinə hücum edərək məscidin divarlarına xaç şəkili çəkiblər, irqçi və islamofob şüarlar yazıblar və məscidin elanlar tablosunu sındırıblar.

Məscidin İslami Birliyinin sərdi Əli Özdəmir bu barədə deyib: Məscidə Sübh namazına gələn insanlar məscidinə divarına xaç çəkildiyini və səkkiz yerdə müsəlmanlar əleyhinə şüar yazıldığını görüblər.

Özdəmir bildirib ki, bu hadisə ilə bağlı polisə məlumat verilib və Alman polisi cinayət barədə araşdırmaya başlayıb.

Əli Özdəmir bu hadisədən təəssüfləndiyini qeyd edərək bildirib ki, müsəlmanlar 30 ildir bu şəhərdə qarşılıqlı hörmət əsasında yaşayır, işlərini aydın və şəffaf görürlər və hamının sakit, aram və sabit bir həyat yaşamasını istəyirlər.

O əlavə edib ki, məscid 2019-cu ildə də oxşar hücuma məruz qalıb, hadisədən dərhal sonra polisə məlumat verilib, amma hələ də cinayətkarlar barədə bir tədbir görülməyib.

Qeyd edək ki, 2019-cu ilin təkcə İyun ayında Almaniyada 10 gün ərzində məscidlərə 8 irqçi hücum qeydə alınmışdı. Bu hücumlardan onu Türkiyə-İslam Birliyinin məscidlərinə və qalanı Ərəblərə aid məscidlərə qarşı həyata keçirilmişdi.

Son illərdə Almaniyada islamofobiya sürətlənib və buna səbəb isə sağçı patiyaların radikal irqçi çıxışlarıdır.

Almaniyanın 81 milyonluq əhalisinin 4.7 milyon nəfərini müsəlmanlar təşkil edirlər. Onların da 3 milyona yaxını türk müsəlmanlardır.

Almaniya Fransadan sonra müsəlmanların ən sıx yaşadığı ikinci Avropa ölkəsidir. /3942130

Ad:
E-poçt:
* Comment:
* captcha: