IQNA

Almaniyada məscidin camaat imamı qətlə yetirildi

21:50 - December 24, 2020
Xəbər sayı: 3488917
Almaniyanın Ştutqart şəhərindəki məscidin imamı bıçaqlanaraq öldürülüb. Almaniya prokurorluğu bu gün Ştutqartdakı məscid imamının naməlum silahlı şəxslər tərəfindən öldürüldüyünü açıqlayıb.

Almaniyanın Ştutqart şəhərindəki məscidin imamı bıçaqlanaraq öldürülüb. Məscidin imamı əslən Pakistan müsəlmanlardan olub. Onun 26 yaşı var idi.  

Almaniya prokurorluğu bu gün Ştutqartdakı məscid imamının naməlum silahlı şəxslər tərəfindən öldürüldüyünü açıqlayıb.  

Hadisə zamanı məscidin camaat imamı və onun həyat yoldaşı gəzintidə olublar. 

Məlumata görə, qətli törədən şəxslər iki nəfər olublar və onlar hadisə yerindən qaça biliblər. 

Almaniya polisi hələlik təfərrüatları açıqlamayıb. /3943114

captcha