IQNA

21:26 - December 26, 2020
Xəbər sayı: 3488926
Müasir dövrdə aparılan geniş mədəni-maariflənmə işlərinə baxmayaraq, hələ də qadın, eləcə də kişinin hüquq və məsuliyyətləri düzgün və aydın şəkildə açıqlanmamışdır.

Müasir dövrdə aparılan geniş mədəni-maariflənmə işlərinə baxmayaraq, hələ də qadın, eləcə də kişinin hüquq və məsuliyyətləri düzgün və aydın şəkildə açıqlanmamışdır. Bunun başlıca səbəbi kimi bəşəriyyətin düçar olduğu və bu vaxta qədər öz həllini tapmamış bir sıra problemlər, o cümlədən, qadın-kişi münasibətlərinin hüdudlarının müəyyənləşdirilməməsi, psixoloji problemlər, təcavüzkarlıqlar və s. hesab oluna bilər. Uzun illər boyu Avropa və Amerika ictimaiyyətində qadınların təbii hüquqları tapdalanmış, bunun ardınca isə onları “qadınlara dəyər və azadlıq vermək” adı altında heç bir çərçivəyə sığmayan cinsi münasibətlərə sövq etdirmişlər.

 
Vaxtilə Roma imperiyasına hakim ideologiya bu gün Qərb mədəniyyətinin əsasını təşkil edir. Qadını hədsiz dərəcədə alçaltdığına biz bu ideologiyanı ittiham edirik. Baxın, Qərb dünyasının qadına verdiyi dəyər, əslində, bəşərin ən aşağı təbii istəyi olan cinsi meyillərin təmini istiqamətindədir.
 
Bu gün dünyada həllolunmaz bir problemə çevrilən ailə məsələsi qadınların məsuliyyət və vəzifələrinin onlara lazımi şəkildə tanıtdırılmaması, qadın-kişi münasibətlərinin hüdudlarının müəyyən edilməməsi, eləcə də bu iki cinsin səciyyəvi xüsusiyyətlərinin düzgün şəkildə tanınmamasından irəli gəlir. Bu problemin həllində isə bizə ən doğru yolu göstərən ilahi vəhy və göstərişlərdir. Quran öyüd-nəsihətlə yanaşı, qadınların mənəvi yüksəlişini təmin etmək məqsədilə onlara nümunəvi və ideal qadın simaları da təqdim edir.
 
Əziz İslam Peyğəmbəri (s) qızı Fatimeyi-Zəhranın (s.ə) əllərindən öpürdü. Əsla bunu duyğulardan irəli gələn bir hərəkət kimi dəyərləndirməyin. Xanım Fatimeyi-Zəhra (s.ə) kamil bir insan olduğundan, o Həzrət (s) ona belə ehtiram göstərir. İslamda qadının dəyəri onun mənəvi yüksəlişi və kamilliyi ilə ölçülür. Məhz bu səbəbdən, qadınların ictimai məsuliyyətləri və elmi tərəqqisi də bu istiqamətdə olmalıdır.
 
Bizim cəmiyyətdə islami dəyərlər dirçəlməlidir. Məsələn, qadınların hicabı islami dəyərlərdən biridir. Bizim hicab məsələsi üzərində bu qədər ciddi surətdə dayanmağımızın səbəbi odur ki, qadınlar yalnız və yalnız hicablarına riayət etməklə kamilliyin ən uca mərtəbələrinə yetişə və azğınlıq təhlükələrindən amanda qala bilərlər.
 
Qadınlar bilsinlər ki, hicaba riayət etmək yüksək mənəvi və elmi məqamlara çatmaqda onlara yardım edir. Qadının hicab məsələsi əsla qərbin mədəni təzyiqlərinə məruz qalmamalı və müsəlman qadınlar yad mədəniyyətlərin təsiri altına düşməməlidirlər. Əlbəttə, təkcə çadra hicablı geyim sayılmır. Lakin çadra bizim üçün ən kamil və milli hicablı geyim tərzidir. Hicab müsəlman qadınların siyasi, ictimai və mədəni sahələrdə fəaliyyəti ilə ziddiyyət təşkil etmir.
 
Qadınlar elmin müxtəlif sahələrində öz istedadlarını çiçəkləndirməlidirlər. Onlar savadlanmalı və yüksək elmi dərəcələrə nail olmaq üçün səy göstərməlidirlər. Qadınların əxlaqsızlığa sürüklənməsi isə onların savadlanmasına əngəl olan ən başlıca amildir.
 
Ailə bütöv bir cəmiyyəti təşkil edən kiçik cəmiyyətlərdir. Qadın bu kiçik cəmiyyətin əsas sütununu təşkil edir və onun aparıcı qüvvələrindən sayılır. Ailə mühiti istedadların çiçəklənməsi üçün əlverişli bir mühitdir və belə bir mühitdə qadın ixtisasından asılı olmayaraq, öz evdarlıq vəzifələrinin öhdəsindən layiqincə gəlməlidir. (Ali Rəhbər Ayətullah Xameneinin “Qadınların ictimai-mədəni birliyi” təşkilatının üzvləri və “islami hicab” qurultayının iştirakçıları ilə görüşündə söylədiyi nitqdən bir parça – 4/10/1370 hicri-şəmsi ili.)
 
Maide.az – Maarif bölümü
Ad:
E-poçt:
* Comment:
* captcha: