IQNA

19:15 - December 28, 2020
Xəbər sayı: 3488936
İslam Peyğəmbərinin (s) vəfatında sonra Həzrət Fatimeyi-Zəhra (s.ə) çox üzgün və narahat idi. Mötəbər rəvayətlərə əsasən, ona təsəlli və təskinlik vermək məqsədilə bir mələk nazil olurdu.
İslam Peyğəmbərinin (s) vəfatında sonra Həzrət Fatimeyi-Zəhra (s.ə) çox üzgün və narahat idi. Mötəbər rəvayətlərə əsasən, ona təsəlli və təskinlik vermək məqsədilə bir mələk nazil olurdu.
 
Rəvayətlərdə həmin mələyin Cəbrail-Əmin olduğu bildirilir. Mələk nazil olub, Həzrət Fatimeyi-Zəhra (s.ə) ilə danışır və gələcəkdə baş verəcək hadisələrdən xəbər verirdi. Bu xəbərlər toplusu “Fatimənin (ə.s.) müshəfi” və yaxud “Fatimənin (ə.s.) kitabı” adlanmışdır. Həmmad ibn Osmandan nəql olunan bir hədisdə İmam Sadiqin (ə) belə buyurduğu deyilir.
 
تَظهَرُ الزَّنادِقَةُ في سَنَةِ ثَمانٍ وعِشرينَ ومِائَةٍ، وذلِكَ أنّي نَظَرتُ في مُصحَفِ فاطِمَةَ (س). قُلتُ: وما مُصحَفُ فاطِمَةَ؟ قالَ: إنَّ اللّهَ تَعالى لَمّا قَبَضَ نَبِيَّهُ (ص) دَخَلَ عَلى فاطِمَة (س) مِن وَفاتِهِ مِنَ الحُزنِ ما لا يَعلَمُهُ إلاَّ اللّهُ عَزَّوجَلَّ، فَأَرسَلَ اللّهُ إلَيها مَلَكًا يُسَلّي غَمَّها ويُحَدِّثُها، فَشَكَت ذلِكَ إلى أميرِ المُؤمِنينَ (ع) فَقالَ: إذا أحسَستِ بِذلِكَ وسَمِعتِ الصَّوتَ قولي لي، فَأَعلَمَتهُ بِذلِكَ فَجَعَلَ أميرُ المُؤمِنينَ (ع) يَكتُبُ كُلَّ ما سَمِعَ حَتّى أثبَتَ مِن ذلِكَ مُصحَفًا. ثُمَّ قالَ: أما إنَّهُ لَيسَ فيهِ شَيءٌ مِنَ الحَلالِ والحَرامِ، ولكِن فيهِ عِلمُ ما يَكونُ.
 
“128-ci ildə “zındıq”ların dövrü gözlənilir. Mən bunu Fatimənin (ə.s.) “Müshəf”ində görmüşəm.” Dedim: “Fatimənin “Müshəf”i nədir?” Həzrət buyurdu: “Allah-Taala Öz Peyğəmbərinin (s) ruhunu aldıqda, onun vəfatına görə Fatiməni (ə.s.) o qədər qəm bürüdü ki, bunu yalnız Allah-Taala bilir! Allah-Taala da ona təskinlik vermək və söhbət etmək üçün bir mələk göndərdi. Fatimə (s.ə) bunu Əmirəlmöminin Əliyə (ə) söylədikdə, Əli (ə) ona dedi: “Onun gəlişini hiss etdikdə və səsini eşitdikdə, mənə de!” Fatimə (s.ə) də onun xəbər verdiklərini Əliyə deyir, o da yazırdı. Nəhayət, onların hamısı bir “Müshəf” oldu.” Sonra Smam Sadiq (ə) buyurdu: “Bu “Müshəf”də halal-haramdan bir şey yox, yalnız gələcəkdən xəbərlər vardır.” (“Əl-kafi”, c.1, səh.240, hədis 2.)
 
Bu kitab Qurandan üç dəfə böyükdür, yalnız dünyanın Qiyamətə qədər gələcəyindən söz açılır. Əbu Bəsir, İmam Sadiqdən (s) belə eşitdiyini nəql edir:
 
إنَّ عِندَنا لَمُصحَفَ فاطِمَةَ (س)، وما يُدريهِم ما مُصحَفُ فاطِمَةَ (س)؟! قُلتُ: وما مُصحَفُ فاطِمَةَ (س)؟ قالَ: مُصحَفٌ فيهِ مِثلُ قُرآنِكُم هذا ثَلاثَ مَرّاتٍ، واللّهِ ما فيهِ مِن قُرآنِكُم حَرفٌ واحِدٌ.
 
“Həqiqətən, Fatimənin (s.ə) “Müshəf”i bizim yanımızdadır və onlar haradan bilsinlər ki, Fatimənin (s.ə) “Müshəf”i nədir!” Mən dedim: “Fatimənin (ə.s.) “Müshəf”i nədir?” Həzrət buyurdu: “(Bu) “Müshəf” əlinizdəki Qurandan üç dəfə çoxdur. Allaha and olsun, onda sizdəki Qurandan bir hərf belə yoxdur!” (“Əl-kafi”, c.1, səh.239, hədis 1.)
 
O Həzrət başqa bir hədisdə belə buyurur:
 
مُصحَفُ فاطِمَةَ (س) ما فيهِ شَيءٌ مِن كِتابِ اللّه، وإنَّما هُوَ شَيءٌ اُلقِيَ عَلَيها بَعدَ مَوتِ أبيها صَلَّى اللّهُ عَلَيهِما.
 
“Fatimənin “Müshəf”inə Allahın kitabından bir hərf belə əlavə edilməmiş və həqiqətən, o, Fatiməyə atasının (s) vəfatından sonra verilən bir kitabdır.” (“Bəsairud-dərəcat”, səh.159, hədis 27.)
 
O Həzrət növbəti bir hədisdə də Vəlid ibn Səbihə belə buyrur:
 
يا وَليدُ، إنّي نَظَرتُ في مُصحَفِ فاطِمَةَ (س) فَلَم أجِد لِبَني فُلانٍ فيهِ إلاّ كَغُبارِ النَّعلِ.
 
“Ey Vəlid, mən Fatimənin (ə.s.) “Müshəf”inə baxdım, lakin fılankəsin övladlarına hökumətdən ayaqqabının tozu qədər də bir şey nəsib olmayacaq.” (“Bəsairud-dərəcat”, səh.170, hədis 7.)
 
Rza Şükürlü (Maide.az)
Ad:
E-poçt:
* Comment:
* captcha: