IQNA

Goginauri; Gürcüstanın Osmanlı dövrünə aid tarixi məscidi

16:46 - January 10, 2021
Xəbər sayı: 3489016
Gürcüstanın Suxumi regionunda yerləşən Goginauri məscidi Osmanlı imperiyası dövründə, 1843-cü ildə inşa və 1990 və 2016-cı illərdə memarlar tərəfindən təmir və bərpa edilmişdir.

Gürcüstanın Suxumi regionunda yerləşən Goginauri məscidi Osmanlı imperiyası dövründə, 1843-cü ildə inşa və 1990 və 2016-cı illərdə memarlar tərəfindən təmir və bərpa edilmişdir.

Gürcüstanda baş verən yer sürüşməsindən sonra salamat qalmış ən qədim və tarixi məscid Goginauri məscididir. Bu məscid SSR dövründə anbar kimi istifadə edilib. Məscidin qədim İslami və Osmanl memarlıq və dizaynı sovetlər zamanı aparılan ağartma işlərinin altında itib.

Məscidin banındakı səkkizguşəli tavan çökəyi Osmanlı dövrünün günbəz nişanəsidir. Məscidin giriş qapısında məscidi təmir edən sənətkarın adı Zadei Molla Məhəmməd ibn Abdullah yazılıb. Qapının daxili hissəsinə taxta oyma sənəti ilə lalə gülü işlənilib.

Kəndin sakinləri 2016-cı ildə məscidin daxili fəzasını təmir edib və sənət əsərləri ilə bəzəyiblər. /3946498

 

 

captcha