IQNA

İordaniya Məscidül-Əqsa barədə İsrailə tələb bildirdi

9:38 - January 11, 2021
Xəbər sayı: 3489022
İordaniya İsrailin beynəlxalq hüquqa riayət etməsini və Məscidül-Əqsaya bağlı Buraq meydanında qazıntıların dərhal dayandırılmasını tələb edib.

İordaniya İsrailin beynəlxalq hüquqa riayət etməsini və Məscidül-Əqsaya bağlı Buraq meydanında qazıntıların dərhal dayandırılmasını tələb edib.  

İordaniya Xarici İşlər Nazirliyinin rəsmisi Dəyfullah əl-Fəyiz İsrailin Qüdsdəki qədim şəhərə toxunmağı dayandırmasına və təbiiliyini dəyişdirməməyə çağırıb.  

İsrailin işğalçı qüvvə olaraq Şərqi Qüdsdə yerləşdiyini xatırladan Fəyiz İsrailin məsuliyyətlərinə və beynəlxalq hüquqa riayət etməli olduğunu bildirib. 

Teqlər: İordaniya ، qüds ، fələstin
captcha