IQNA

7:49 - January 16, 2021
Xəbər sayı: 3489052
Din İşləri üzrə İdarənin rəhbəri Əli Erbaş israilli mühəndislərin Məscidül-Əqsaya etdikləri basqını qınayıb. Əli Erbaş deyib ki, bu cəhdlər əslində Məscidül-Əqsanı yıxmaq üçün bir səydir.

Din İşləri üzrə İdarənin rəhbəri Əli Erbaş israilli mühəndislərin Məscidül-Əqsaya etdikləri basqını qınayıb.

Diyanət – Din İşləri üzrə İdarənin açıqlamasına görə, Əli Erbaş deyib ki, bu cəhdlər əslində Məscidül-Əqsanı yıxmaq üçün bir səydir.

“Xain plan artıq qazıntılar yolu ilə həyata keçirilməyə çalışılır. Məscidül-Əqsaya edilən hücumları və xain planları qətiyyətlə pisləyirəm.”, -deyə Erbaş deyib.

Erbaş bunu Fələstinli Alimlər Dərnəyi tərəfindən təşkil edilən və 70 ölkədən nümayəndələrin qatıldığı onlayn toplantıda deyib.
Zalımların insanlığa, vicdana, əxlaqa, beynəlxalq hüquqa məhəl qoymadan pisliklərini davam etdirdiklərini vurğulayan Erbaş bunları söyləyib: “Bu, həm də qədim coğrafiyada birlikdə yaşamaq mədəniyyətinə, insanlığın dincliyinə və təhlükəsizliyinə qəsd edilən bir hərəkətdir. Bu səbəbdən mən bütün din və inanclı insanları peyğəmbərlər torpağının təcavüzünə, insanlığın ortaq mirası Məscidül-Əqsaya edilən təcavüzə qarşı lazımi reaksiya göstərməyə dəvət edirəm. Əks təqdirdə zülmə səssiz qalanlar tarix qarşısında və insanlığın vicdanında əbədi məhkum olacaqlar”.
Qeyd edək ki, israilli mühəndislərdən ibarət bir heyət Məscidül-Əqsaya basqın edərək İsrail polisinin müşayiətində ölçüm işləri aparıb. /şafaqna

 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: