IQNA

7:50 - January 25, 2021
Xəbər sayı: 3489129
Tehran (IQNA) - Türkiyənin Dini İşlər Təşkilatı Argentina müsəlmanlarına İslam dinini öyrətmək hədəfi ilə İspan dilinə tərcümə edilmiş 7000 nüsxə Quran və dini kitablar hədiyyə edib.

Tehran (IQNA) - Türkiyənin Dini İşlər Təşkilatı Argentina müsəlmanlarına İslam dinini öyrətmək hədəfi ilə İspan dilinə tərcümə edilmiş 7000 nüsxə Quran və dini kitablar hədiyyə edib.

Quran tərcümələri və dini kitabların təqdimetmə mərasimi Cümə namazından sonra (22 Yanvar 2021) Argentinın paytaxtı Buenos Ayres şəhərində keçirilib.

"Ali-Əhməd" məscidində keçirilən mərasimdə Türkiyənin bu ölkədəki səfiri, İslam Mərkəzinin rəisi və Türkiyə Dini İşlər Təşkilatının Xarici Əlaqələr Argentina İdarəsinin baş direktoru iştirak edib.

Mərasimdə Türkiyədə dini, Quran tərcüməsi, Quran elmləri, Quran təfsiri, Quranın təlimi, hədis və digər mövzuları ehtiva edən 7000 nüsxə kitabı Argentina İslam Mərkəzinə hədiyyə edib.  /3949618

Teqlər: məscid ، kitab ، hədiyyə ، argentina ، ispan dili
Ad:
E-poçt:
* Comment:
* captcha: