IQNA

18:21 - January 26, 2021
Xəbər sayı: 3489141
COVİD -19 pandemiyası ilə əlaqədar olaraq bir çox tədbirlər kimi Ümumdünya hicab günü də online formatda qeyd olunacaq.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan xanımlar #WirldHijabDay həştaqı ilə dəstək aksiyası keçirəcək.
 
Belə ki, Facebook və YouTube LIVE üzərindən @WorldHijabDay kanalları vasitəsiyə fevral ayının 1-də saat 08:00-dan 21:15-dək online müzakirələr aparılacaq. 
 
Müzakirələrə 140 ölkədən müsəlman qadınlar qoşulacaq.
 
Qeyd edək ki, Hicab gününün qeyd olunması ilə bağlı fikrin müəllifi qeyri-müsəlman rəfiqələrinə hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nyu-York sakini Nazma Xandır. Nazmanın bu ideyası bütün dünyadan dəstək alıb. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com 
Teqlər: hicab ، pandemi ، COVİD-19 ، kovid-19
Ad:
E-poçt:
* Comment:
* captcha: