IQNA

Berlində yeni İslami kitabxanalar istifadəyə verilib

7:49 - January 30, 2021
Xəbər sayı: 3489161
Tehran (IQNA) - Almaniyanın paytaxtı Berlin şəhərində müsəlman azlıqların istifadəsi üçün İslam elmləri, İslam maarifi və İslam fiqhinə aid kitabları ehtiva edən bir neçə kitabxana açılıb.

Almaniyanın paytaxtı Berlin şəhərində müsəlman azlıqların istifadəsi üçün İslam elmləri, İslam maarifi və İslam fiqhinə aid kitabları ehtiva edən bir neçə kitabxana açılıb.

Bu kitabxanalar Berlinin İslam cəmiyyətiləri, İslam müəssisələri və İslam Mərkəzlərinin nəzdində fəaliyyətə başlayıb.

Kitabxanalara bu ölkədə yaşayan müsəlmanların İslami kitabları asanlıqla əldə etməsi üçün Alman dilinə tərcümə edilmiş dini kitablar verilib.

Berlinin "əl-Mustafa İslam Cəmiyyəti"nin rəisi Şeyx Əli Şəhrur bu barədə deyib: Burada yaşayan müsəlman azlıqların dini və İslami kitablara olan ehtiyacını təmin etmək üçün belə kitabxanalara çox ehtiyacımız var idi. Bundan öncə cəmiyyətimiz müsəlmanların ehtiyacı olan kitabları internet üzərindən nəşr edir və yayırdı.

O əlavə edib: "Shiashop" saytında indiyədək 600 adda İslam maarifini  və Əhli-Beytin (ə) həyatını ehtiva edən kitabların internet nüsxəsini nəşr etmişik. Bütün bu kitabların hamısı Alman dilinə tərcümə edilib. Bundan əlavə saytımız vasitəsi ilə qərb ölkələrində çətin tapılan məzhəbi əşyaları da müsəlmanlara çatdıra bilirik. /3949980

آماده// افتتاح چندین کتابخانه مذهبی در برلین برای استفاده اقلیت مسلمان از کتاب های اسلامی

captcha