IQNA

Filippin parlamenti "Milli Hicab Günü" keçirilməsini təsdiq etdi

8:12 - January 30, 2021
Xəbər sayı: 3489162
Tehran (IQNA) -  Filippinin Milli Məclisi (Nümayəndələr Parlamenti) bu ölkədə yaşayan müsəlmanların "İslami həyat tərzi"nə ehtiram hədəfi ilə ölkənin rəsmi təqviminə "Milli Hicab Günü" əlavə ediblər.

Tehran (IQNA) -  Filippinin Milli Məclisi (Nümayəndələr Parlamenti) bu ölkədə yaşayan müsəlmanların "İslami həyat tərzi"nə ehtiram hədəfi ilə ölkənin rəsmi təqviminə "Milli Hicab Günü" əlavə ediblər.

Ölkə təqviminə belə bir günün salınmasına parlament nümayəndələrinin əksəriyyəti (203 nəfər) səs veriblər.

Bu barədə qanun layihəsi (N: 8249) cari həftənin Çərşənbə Aşxamı günü (26 Yanvar 2021) təsdiq edilib.

Bu qanuna əsasən hər il Fevral ayının 1-də Filippində müsəlman azlıqların İslami həyat tərzinə dəstək hədəfi ilə "Milli Hicab Günü" keçiriləcək.

Filippin parlament nümayəndələri Ənsaruddin Əbdülməlik Adyung və Amihilda Sangkupan tərəfindən təklif edilən bu layihənin hədəfi cəmiyyətə müsəlmanların İslami həyat tərzini düzgün aşılamaq, müxtəlif dini və mədəni fərqliliklərə qarşı dözümlü olmağı öyrətmək, qeyri-müsəlmanları hicabı təcrübə etməyə təşəviq etmək, hicabın zülm və köləlik simvolu olmadığını göstərmək, müsəlman qadınlara öz dini ayinlərini yerinə yetirmək üçün dəstək olmaq, hicabın mətanət və vüqar nişanəsi olduğunu göstərmək və hicablı qadınlara qarşı ayrıseçkiliyə son qoymaqdır.

"Milli Hicab Günü" hər il Fevral ayının 1-də ali təhsil müəssisələri, məktəblər, dövlət müəssisələri və idarələrində qeyd ediləcəkdir. /3950004

captcha