IQNA

Bu gün ‘Beynəlxalq Hicab Günü’dür

9:25 - February 01, 2021
Xəbər sayı: 3489175
Pandemiya ilə əlaqədar bir çox tədbirlər kimi Ümumdünya hicab günü də online formatda qeyd olunacaq. Dünyanın müxtəlif ölkələrindən olan xanımlar #WirldHijabDay həştaqı ilə dəstək aksiyası keçirəcək.
COVİD -19 pandemiyası ilə əlaqədar olaraq bir çox tədbirlər kimi Ümumdünya hicab günü də online formatda qeyd olunacaq. 
Dünyanın müxtəlif ölkələrindən olan xanımlar #WirldHijabDay həştaqı ilə dəstək aksiyası keçirəcək.
Belə ki,  Facebook və YouTube LIVE üzərindən  @WorldHijabDay kanalları vasitəsiyə fevral ayının 1-də saat 08:00-dan 21:15-dək online müzakirələr aparılacaq. 
Müzakirələrə 140 ölkədən müsəlman qadınlar qoşulacaq.
Qeyd edək ki, Hicab gününün qeyd olunması ilə bağlı fikrin müəllifi qeyri-müsəlman rəfiqələrinə hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nyu-York sakini Nazma Xandır. Nazmanın bu ideyası bütün dünyadan dəstək alıb. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com 
 
captcha