IQNA

"İmam Xomeyni dinin anti-imperialist baxışını diriltdi"

19:34 - February 03, 2021
Xəbər sayı: 3489200
Tehran (IQNA) -  Ümümdünya Əhli-Beyt (ə) Assambelasının baş katibi Ayətullah Rza Ramazani vurğulayıb: "İmam Xomeyni dinin anti-imperialist və anti-müstəmləkəçi baxışını diriltdi".

Ümümdünya Əhli-Beyt (ə) Assambelasının baş katibi Ayətullah Rza Ramazani vurğulayıb: "İmam Xomeyni dinin anti-imperialist və anti-müstəmləkəçi baxışını diriltdi".

Ümümdünya Əhli-Beyt (ə) Assambelasının baş katibi Ayətullah Rza Ramazani bu gün səhər (3 Fevral 2021) Tehranda keçirilən  "İslam İnqilabı: Refleksiya, Perspektiv, Modern Problemlər" adlı vebinarda çıxış edib.

O çıxışı zamanı İmam Xomeyninin (r.ə) dinin siyasi və ictimai məsələlərdə iştirakını gücləndirməsinə işarə edərək vurğulayıb: "İmam Xomeyni dinin anti-imperialist və anti-müstəmləkəçi baxışını diriltdi".

O əlavə edib: İran İslam İnqilabı dünyaya göstərdi ki, din hətta dünyanın modernizmə getdiyi bir zamanda da siyasi sistemdə aktiv rola malik ola bilər, hətta dini rəhbərlərin iştirakı ilə hakimiyyət də edə bilər.

Ümümdünya Əhli-Beyt (ə) Assambelasının baş katibi deyib: İran İslam İnqilabı siyasi fiqhi yeni bir yanaşma ilə siyasi və ictimai ərsəyə daxil etdi.  

Ayətullah Rza Ramazani xatırladıb: İslam tarixində zalim "dini hakimiyyət"lər də olub. Bəni Üməyyə və Bəni Abbas kimi sülalələrin dövründə "dini hökümət" (xilafə) adlandırılan hakimiyyət sistemi avtoritar rejimlər olublar.

O əlavə edib: Müasir zamanı bəziləri elm dövrü adlandıraraq belə bir dövrdə dinə yer olmadığını demək istəyirlər. Amma bizim müsəlman şəxsiyyətlər və mütəfəkkirlər arasında Seyid Camaluddin Əsədabadi, İqbal Lahuri, Məhəmməd Əbduh və İmam Xomeyni kimi anti-imperialist şəxsiyyətlərin olması dini rəhbərlərin siyasi meydanlarında söz sahibi olmasının bariz nümunəsidir. İmam Xomeyni sözdə və əməldə göstərdi ki, din insanların siyasi və ictimai həyatında əvəzsiz və misilsiz rol ifa etməyə qadirdir. Buna görə İslam İnqilabını əsrin möcəzsi hesab etmək olar.

امام خمینی(ره) نگاه ضداستعماری دین را احیا کرد

Ümümdünya Əhli-Beyt (ə) Assambelasının baş katibi vurğulayıb: Bu gün dünyada şərq və qərb imperializminin və özbaşınalığının qarşısında dayan yeganə məktəb İran İslam İnqilabıdır. Bəşəriyyətdə imperializm və hegomanların özbaşınalığı qarşısında dayanmağı İmam Xomeyni yenidən canlandırdı. Buna görə də İslam İnqilabının düşmənləri dini və İslam hakimiyyətini məhv etmək istəyirlər. Çünki bu İnqilab onların maraqlarını və maddi çıxarlarını təhdid edir.

Ayətullah Ramazani deyib: Düşmənlərin bütün səylərinə baxmayaraq elmi, iqtisadi, siyasi və hərbi sahələrdə böyük nailiyyətlər əldə etmişdir. İran hazırda bir çox elmi və tibbi məsələlərdə dünyanın ilk beşliyindədir.

"Doğrudur, bizim bir çox məsələlərdə problemlərimiz var. Amma biz İslami yaşam tərzi ilə və İlahi meyarlarla yaşamq üçün çalışmalıyıq ki, azru etdiyimiz ədalətli cəmiyyəti qura bilək" - Ayətullah Ramazani əlavə edib.

Qeyd edək ki, bu gün səhər (3 Fevral 2021) Tehranda keçirilən  "İslam İnqilabı: Refleksiya, Perspektiv, Modern Problemlər" adlı beynəlxalq vebinar keçirilib.

Vebinarda Livan, Malaziya, İngiltərə, Pakistan, İraq, İran və digər ölkələrdən tanınmış şəxsiyyətlər iştirak edirlər. /iqna

captcha