IQNA

İmam Əlinin (ə) hərəmində “Xanımlar bayramı” tədbiri - Foto

6:59 - February 04, 2021
Xəbər sayı: 3489204
İraqın Nəcəfül-Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmində Peyğəmbərimizin (s) yadigarı, dünya və axirət xanımlarının seyyidəsi Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu qeyd olunub.

İraqın Nəcəfül-Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmində Peyğəmbərimizin (s) yadigarı, dünya və axirət xanımlarının seyyidəsi Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu qeyd olunub.

Səhər duası vaxtı keçirilən mərasim İmam Əlinin (ə) hərəminin Heydəri Şərif səhnində baş tutub.

Hərəmin xuddamları əllərində çiçəklərlə İmam Əlinin (ə) mütəhhər hərəminin qarşısında dayanaraq, Xanım Zəhranın (s.ə) şəninə şeirlər və qəzəllər oxuyublar və bu mövlud münasibətilə Mövla Əmirəl-möminin İmam Əlini (ə) təbrik ediblər.

Mövlud münasibətilə müqəddəs ziyarətgahı ziyarət edən xanımlara 15 minddən çox suvenir və hədiyyələr paylanılıb.

Mövlud münasibətilə müqəddəs ziyarətgah rəngli işıqlar, bayraqlar və gül-çiçəklərlə bəzədilib. /imamali.net

 

captcha