İslam İnqilabının 42-cı ildönümü münasibətilə Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei 3 min 840 məhbusun əfv və cəzasının yüngülləşdirilməsinə dair fərman imzalayıb.
İranın Məhkəmə Sisteminin rəhbəri Höccətül-İslam İbrahim Rəisi İslam İnqilabının 42-cı ildönümü ilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda qeyd olunan məhbusların əfv və cəzasının yüngülləşdirilməsi xahiş olunur. Ali Rəhbər həmin məhbusların əfv və cəzasının yüngülləşdirilməsinə dair fərman imzalayıb. /
iqna/