Almaniyada müsəlmanlara qarşı nifrət zəminində törədilən cinayətlərin sayı ötən il, əvvəlki illə müqayisədə, 2% artıb.
Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2020-ci ildə müsəlmanlar və İslam strukturlarına azı 901 hücum həyata keçirilib. 77 halda məscidlərin yerləşdiyi ərazilərdə təxribatlar törədilib.
Hücumların əksəriyyətini ultra-sağçı qruplaşma üzvləri törədib, 48 nəfər xəsarət alıb.
2019-cu ildə Almaniyada müəslmanlara, İslam icmalarına və müsəlmanların şirkətlərinə 884 hücum edilib. /iqna