IQNA

BƏƏ-də üç səmavi dinin ortaq məbədi açılacaq

9:13 - February 09, 2021
Xəbər sayı: 3489230
“Əbu-Dabidə açılacaq məbəd müsəlman, xristian və yəhudilərin ortaq məkanı olacaq. Məbəd fərqli inancları olan insanlar arasında dialoqu və anlayışı daha da möhkəmlədəcək”, - deyə diplomat qeyd edib.

Birləşmiş Ərəb Əmirliklərində üç səmavi dinin ortaq məbədi açılacaq. Bu barədə Əmirliyin Rusiyadakı səfiri Məhəmməd Əhməd Əl-Caber məlumat verib.

Səfir bildirib ki, “İbrahim ailəsinin evi” adlanacaq məbəd 2022-ci ildə istifadəyə veriləcək.

“Əbu-Dabidə açılacaq məbəd müsəlman, xristian və yəhudilərin ortaq məkanı olacaq. Məbəd fərqli inancları olan insanlar arasında dialoqu və anlayışı daha da möhkəmlədəcək”, - deyə diplomat qeyd edib.

Səfir onu da vurğulayıb ki, yaxın gələcəkdə “İbrahim ailəsinin evi” ölkəsinin tolerantlıq rəmzinə çevriləcək. /TASS

captcha