
Tehran (IQNA) - Tehran şəhərinin Dərbənd qəsəbəsinin "Əli ibn Hüseyn" məscidinin imamı, təfsir və əxlaq ustadı Ayətullah Seyid Məhəmməd Ziyaabadi Qəzvini ötən gün (8 Fevral 2021) vəfat edib.
Tehran şəhərinin Dərbənd qəsəbəsinin "Əli ibn Hüseyn" məscidi bu mənəvi insanın və əxlaq ustadının vəfatı münasibəti ilə matəm libasına bürünüb.
Bu böyük əxlaq ustadının "İmam Əli ibn Hüseyn" məscidində təfsir və əxlaq dərsləri deməsi səbəb olmuşdu ki, hər həftənin Bazar Ertəsi gecələri Tehranın hər yerindən Quran və nəsihət teşnələri Ayətullah Ziyaabadini dinləmək üçün bu Dərbənd qəsəbəsinə axışırdılar.
Ayətullah Seyid Məhəmməd Ziyaabadi Qəzvini öz şirin kəlamları, nurani siması və mənəvi aurası ilə həqiqət və nuraniyyət aşiqlərini öz ətrafına toplamışdı.
Onun əxlaq dərsləri və nəsihətləri həmişə Quran ayələri əsasında olurdu.
Qeyd edək ki, Ayətullah Seyid Məhəmməd Ziyaabadi Qəzvini 1307-ci hicri-şəmsi ilində Qəzvinin Ziyaabad kəndində anadan olub. 1340-ci ildə Tehrana köçüb.
O dövrün tanınmış alimləri Ayətullah Seyid Hüseyn Brucerdi, Ayətullah Səde İsfahani, İmam Xomeyni və Əllamə Təbatəbainin dərslərində iştirak edib.
IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) görkəmli təfsir alimi və əxlaq ustadının vəfatı münasibəti ilə mərhumun ailəsinə, elm əhlinə və İran xalqına başsalığı deyir. /3952952