IQNA

Fransada miqrantlar əleyhinə hərəkat qadağan ediləcək

7:57 - February 16, 2021
Xəbər sayı: 3489284
Tehran (IQNA) - Fransada sağçı “Generation Identitaire” siyasi birləşməsinin fəaliyyəti qadağan ediləcək. Bu barədə “L'Express” qəzeti xəbər yayıb.

Fransada sağçı “Generation Identitaire” siyasi birləşməsinin fəaliyyəti qadağan ediləcək.

Bu barədə “L'Express” qəzeti xəbər yayıb.

Hələ 13 fevralda səlahiyyətlilər hərəkatın qadağan olunmasına gətirib çıxaracaq qanuni prosedura başlayıblar.

İdentitaristlər (Hərəkat üzvləri tez-tez özlərini Avropa mədəniyyətini təbliğ edən fəallar və ya etnik millətçi kimi qələmə verirlər) özlərini vətənpərvər və kollektiv milli şəxsiyyətin tərəfdarları adlandırırlar. Dəfələrlə nəzarətsiz miqrasiyaya qarşı çıxıblar və hətta qanunsuz miqrant axınına müqavimət göstərməyə çalışaraq ölkənin sərhədinə, Pireneyə gediblər.

İdentitaristlər bunu terror təhlükəsi ilə mübarizədə polisə kömək etmək istəyi ilə motivasiya ediblər, lakin onlar dəfələrlə irqi nifrət və ksenofobiya yaratmaqda günahlandırılıblar.

Qrupun 2021-ci ildə dağılması ehtimalı var.

captcha