IQNA

8:03 - February 16, 2021
Xəbər sayı: 3489285
Tehran (IQNA) - Avropa ölkələrindəki xeyriyyə müsəlman təşkilatları çətin həyati vəziyyətdə olan insanlara hər zaman yardım etməyə hazırdır.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "şəfəqna" informasiya portalına istinadla xəbər verir ki, Avropa ölkələrindəki xeyriyyə müsəlman təşkilatları çətin həyati vəziyyətdə olan insanlara hər zaman yardım etməyə hazırdır.

Belə ki, bu soyuq fevral günlərində – evsiz və möhtac insanlar üçün ağır və çətin günlərdə Niderlandda yaşayan müsəlmanlar onlar üçün qida paylayıblar.

Ehtiyacı olan hər bir şəxs xüsusi ayrılmış yerə gələrək dadlı və isti təamlardan yararlana bilər.

Pandemiya ilə bağlı gərgin vəziyyəti nəzərə alaraq bütün işçilər qoruyucu maska taxır və sosial məsafəyə əməl edirlər.

Evsiz və ehtiyacı olanlar üçün isti qida paylanması 6 gün davam edəcək.

Ad:
E-poçt:
* Comment:
* captcha: