IQNA

Məhərrəm ayının əvvəlindən İraqa üç milyondan çox xarici zəvvar daxil olub

20:33 - July 31, 2026
Xəbər sayı: 3500868
İQNA- İraqın Təhlükəsizlik Məlumat Mərkəzi bəyan edib ki, Məhərrəm ayının əvvəlindən bəri 3,5 milyona yaxın xarici zəvvar İraqa daxil olub.

"İqna" xəbər agentliyinin "Middle East News"a istinadən verdiyi məlumata görə, İraqın Təhlükəsizlik Məlumat Mərkəzinin rəhbəri Səd Mən bu gün, cümə günü bildirib ki, İmam Hüseynin (ə) Ərbəin mərasimində iştirak etmək üçün müxtəlif keçid məntəqələrindən ölkəyə daxil olan zəvvarların sayı 3 milyon 435 mini keçib.

Mən İraqın rəsmi xəbər agentliyinə (INA) verdiyi açıqlamada deyib: "Məhərrəm ayının əvvəlindən dünən gecəyə qədər İraqa daxil olan zəvvarların sayı 3 milyon 435 min 492 nəfərə çatıb".

O əlavə edib ki, bu zəvvarlar Ərbəin mərasimində iştirak etmək üçün 172 müxtəlif millətdən İraqa gəliblər.

İraqın Təhlükəsizlik Məlumat Mərkəzinin rəhbəri vurğulayıb ki, Ərbəin mərasimi "yüksək səviyyəli axıcılıq və nizam" şəraitində keçirilir və təhlükəsizlik qüvvələri ilə Hüseyni çadırları (mökəblər) zəvvarlara xidmət göstərmək və onlar üçün münasib şərait yaratmaq üçün böyük səylə çalışırlar.

O, həmçinin qeyd edib ki, zəvvarların gediş-gəlişinin rahat və nizamlı olması üçün Ərbəin mərasiminə xüsusi hazırlanmış təhlükəsizlik və xidmət planları icra olunmağa davam edir.

4367269

Teqlər: Ərbəin ، İraq ، kərbəla ، zəvvar
captcha