Fələstinli mütəfəkkir: İmam Hüseynin (ə) hərəkatı əsl İslamın təcəssümüdür
"İqna"-nın Ərbəin Mədəniyyət Komitəsinin xəbər mərkəzinə istinadən verdiyi məlumata görə, Fələstindəki "Bədr əl-Kubra" mərkəzinin rəhbəri Şeyx Qədurə "Ərbəin və İslamın yaxınlaşması" konfransında deyib: "Xalis İslamın prinsipləri haqqında nə deyiriksə, onun mükəmməl nümunəsi İmam Hüseynin (ə) hərəkatında bütün dünya mübarizləri üçün əks olunub."
Şeyx Qədurə vurğulayıb: "Quranda gələn ilk prinsip "və la təfərroqu" (ayrılmayın) əmridir; bu, bizim hərəkatımızda əsas göstəricidir. Bu mərkəzdə bizim baxışımız vahid ümmətə yönəlib."
O, əlavə edib: "Bizim üçün İmam Hüseynin (ə) hərəkatındakı növbəti prinsip aydınlaşır və bu, haqqa əsaslanmaq, haqq və ədalət mühakiməsi əsasında hərəkət etməkdir. Haqqın tarixi yoxdur; o, dünəndən bu günə qədər vahid bir oxdur və haqqpərəstlik siddiqlərin (sadiq insanların) xüsusiyyətlərindəndir. Digər tərəfdən, ədalətdən kənara çıxmaq İslam dünyasının imkanlarını hədər etmək deməkdir."
Şeyx Qədurə xalis Məhəmmədi İslamın digər prinsipini müsəlmanların izzət və kəraməti hesab edərək bildirib: "İmam Hüseynin (ə) hərəkatının ən mühüm məqamlarından biri İslamın kəramət və izzətini qorumaq idi. O, insanın kəramətinin və İslamın izzətinin zamanla dəyişməz olduğunu göstərmək üçün fasiq hökmdara qarşı qiyam etdi. Biz bu gün həmin o izzətli və kəramət bəxş edən Hüseyni hərəkatın oxu üzrə hərəkət edirik."
Şeyx Qədurə çıxışının sonunda bu prinsipləri ümumiləşdirərək yaxınlaşma (təqrib) mövzusuna toxunub və deyib: "Bu prinsiplər xalis Məhəmmədi İslamdadır ki, bu da məzhəblərin həmrəyliyini və yaxınlaşmasını bizim üçün zəruri edir. Bu gün Qumdan Nəcəfə, Livana və İslam coğrafiyasının digər nöqtələrinə qədər bütün müctəhidlər bu nəticəyə gəliblər ki, bizim yaxınlaşmamız vahid ümməti formalaşdırır. Çünki biz hamımız İslamın xidmətçisiyik."
"Ərbəin və İslamın yaxınlaşması" konfransı Ərbəin Qərargahının Mədəniyyət və Təhsil Komitəsinin Kərbəla və Nəcəfdə keçirilən elmi-tədqiqat sessiyaları silsiləsindəndir.
4366921