"İQNA"-nın "Şəfəq Nyus"-a istinadən verdiyi məlumata görə, İsrail rejiminin hərbi sözçüsü bu gün, iyulun 31-də elan edib ki, İsrail ordusu Qəzza şəhərinə endirdiyi zərbə nəticəsində HƏMAS hərəkatının hərbi qanadına bağlı bir dəstənin komandir müavini Əbdülkərim əl-Kürdini öldürüb.
O, əlavə edib ki, əl-Kürdi Qəzzanın "Əl-Şifa" xəstəxanasında həkim kimi fəaliyyət göstərib.
Cümə günü gecə İsrail rejiminə məxsus təyyarələr Qəzza şəhərinin qərbindəki əs-Saftavi məhəlləsinə şiddətli hücumlar edib. Onlar yaşayış binasını hədəf alıblar ki, bu da həmin ərazidə güclü partlayışlara səbəb olub.
İsrail rejiminin hərbi sözçüsü həmçinin bir neçə saat əvvəl HƏMAS-ın təchizat məsələləri üzrə məsul şəxsi Məhəmməd əl-Əbd və hərəkatın sahə komandirlərindən biri Əhməd əl-Ənqərin öldürüldüyünü açıqlamışdı.
4367343