IQNA

Sionist ordusunda qiyam

20:50 - July 30, 2026
Xəbər sayı: 3500865
İQNA- Media sionist rejim ordusunda bir neçə saat davam edən qiyam barədə məlumat yayıb.

"İQNA"nın "Israel Hayom"a istinadən verdiyi məlumata görə, yəhudi mediası "Givati" briqadasına mənsub təxminən 100 hərbçinin tabor komandiri ilə yaranmış fikir ayrılığından sonra icazəsiz olaraq "Sde Teyman" hərbi bazasını tərk etdiklərini bildirib.

Bu hərbçilər "Sde Teyman"dan çıxarkən silahlarını bazada qoyublar.

Sionist rejiminin hərbi mənbələrindən biri "Maariv" qəzetinə açıqlamasında bildirib ki, hərbçilərin kütləvi şəkildə bazanı tərk etməsi görünməmiş bir hadisədir və bu, onların taborunu döyüş hazırlığı vəziyyətindən çıxarıb.

Həmin mənbənin sözlərinə görə, "Sde Teyman"dakı qiyam və itaətsizlik, bir qrup təcrübəli hərbçinin "Tsabar" taboruna öz qaydalarını və münasibətlərini tətbiq etməyə cəhd göstərməsindən sonra baş verib.

"Tsabar" taboru Qəzza zolağına daxil olmağa hazırlaşırdı, lakin hazırda onun döyüşə yararsız və hazırlıqsız olduğu elan edilib.

Sionist rejimin ordusu da bir döyüş taboruna mənsub bir qrup hərbçinin komandirlərinin icazəsi olmadan "Sde Teyman" bazasını tərk etdiyini təsdiqləyib.

Sionist rejimin 15-ci televiziya kanalı xəbər verib ki, "Givati" bölməsindən 100-dən çox hərbçinin itaətsizliyi və qiyamından sonra onlara xəbərdarlıq mesajları göndərilib və bir neçə saatlıq ultimatum verilib.

Sionist rejiminin bir hərbi rəsmisi isə iddia edib ki, hərbçilərin əksəriyyəti bazaya geri qayıdıb və "dəqiq sayı müəyyən etmək və vəziyyəti tam şəkildə qiymətləndirmək üçün araşdırma aparılmasını gözləyirik".

4367144

Teqlər: sionist ، ordu ، israil ، qiyam
captcha