IQNA

Rəcəb ayının 13-ü, İmam Əlinin (ə.s) mövlud günüdür

15:47 - February 25, 2021
Xəbər sayı: 3489342
Rəcəb ayının 13-ü İmamət və Vilayət Səmasının birinci parlaq ulduzu İmam Əli(ə)-ın mövludu günüdür.

Həzrət Əli (ə)  besətdən on il öncə, Rəcəb ayının 13-ü, Məkkə şəhərində cümə günü sübh çağı dünyaya gəlib. O həzrət Allahın əzəmətli evi sayılan Kəbədə dünyaya gəlir, pak nəsildən olan Əlinin mövludu pak məkanda baş tutur. Bu heç bir bəşər övladına nəsib olmayan bir hadisədir. O həzrət İslam peyğəmbəri həzrət Muhəmməddən (s) sonra ikinci ən fəzilətli və kamil insan hesab edilir.  İmam Əlinin (ə.s) həyatı müxtəlif şəraitlərdə və müxtəlif cəhətlərdən bütün nəsillər üçün əbədi və unudulmaz bir dərsdir, istər fərdi işlərdə, istər ibadətdə, münacatda, istər zahidliyində, istər daim Allahı yada salmaqda, istər nəfslə, şeytanla və müxtəlif maddi istəklərlə mübarizədə. Əgər bəşər tarixində çox nadir olan Əli ibn Əbu Talib (ə.s) kimilər olmasaydılar, bu gün insani dəyərlər mövcud olmazdı, bu sözlər bəşəriyyətə gözəl görünməzdi, bəşərin uca amal, məqsəd, mədəniyyət və sivilizasiyası olmazdı, bəşəriyyət vəhşi və yırtıcı bir heyvana çevrilərdi. Uca amalların qorunmasına görə bəşəriyyət İmam Əliyə (ə.s) və onun kimi uca insanlara borcludur.Qeyd edək ki, dünya müsəlmanları bu günü xüsusi olaraq qeyd edirlər. Kəbə mövludu İmam Əlinin (ə.s) mövludu  əzəmətlə yad edilir, bayram mərasimləri təşkil olunur.

Həmçinin bildirək ki, İranda və  bir sıra müsəlman ölkələrində İmam Əlinin (ə.s) mövlud günü “Atalar günü” kimi də qeyd edilir. Atalar  xüsusi olaraq təbrik edilir. İmkan təqdirində onlara hədiyyələr verilir. Ahıllar evi ziyarət edilir, kimsəsiz valideyinlərə baş çəkilir.

Islam Peyğəmbəri həzrət Muhəmməd (s) İmam Əliyə xitabən buyurur: Ey Əli, sən və mən bu ümmətin atalarıyıq

!Biz də bütün müsəlmanları bu mövlud münasibəti ilə təbrik edirik. Bayramınız mübarək!

captcha