IQNA

9:53 - February 27, 2021
Xəbər sayı: 3489359
İrlandiyanın Limerik Universiteti alimlərinin apardığı genişmiqyaslı araşdırma göstərib ki, ətrafdakı insanlara ehtiram və xeyirxahlıqla yanaşan insanlar davakar və mübahisəsevən insanlardan daha çox yaşayırlar.

İrlandiyanın Limerik Universiteti alimlərinin apardığı genişmiqyaslı araşdırma göstərib ki, ətrafdakı insanlara ehtiram və xeyirxahlıqla yanaşan insanlar davakar və mübahisəsevən insanlardan daha çox yaşayırlar.

Alimlərin fikrincə, bu fakt immunitet sisteminin işləməsi ilə birbaşa bağlıdır. Məsələ burasındadır ki, orqanizmin müdafiə qüvvələrinin böyük gərginliklə işləməsi xroniki iltihabların yaranmasına səbəb olur ki, bu da ağır xəstəliklər və vaxtından öncə ölüm riskini artırır.

14 il davam edən araşdırmada təxminən 1000 nəfər iştirak edib və həmin insanların ortalama yaşı 59 olub.

Hər bir könüllünün keçdiyi psixoloji testlrə xeyirxahlıq, düzlük, mehribanlıq kimi əsas müsbət keyfiyyətlərin dərəcəsini müəyyən edib. Həmçinin iştirakçılar müntəzəm olaraq iltihab biomarkerləri ilə bağlı qan da verirdilər.

Araşdırma göstərdi ki, qeydedilən keyfiyyətlər baxımından ən az bal yığan insanların ölüm riski maksimum bal yığan insanlarla müqayisədə 40% daha yüksək olub.

Müsbət keyfiyyətləri ilə seçilən insanların biomarker səviyyəsi isə olduqca aşağı olub. O, immunitet sisteminin işinin aktivliyini göstərir və yaşla bağlı xəstəliklərin inkişafın mühüm rola sahibdir. /Şəfəqna

Ad:
E-poçt:
* Comment:
* captcha: