IQNA

0:15 - March 01, 2021
Xəbər sayı: 3489369
Tehran (IQNA) -  Livanın xristian ədəbiyyatçısı, şair və yazıçısı Süleyman Kəttaninin vəfatının 17-ci ildönümü münasibəti ilə vebinar formatında anım mərasimi keçiriləcək.

Tehran (IQNA) -  Livanın xristian ədəbiyyatçısı, şair və yazıçısı Süleyman Kəttaninin vəfatının 17-ci ildönümü münasibəti ilə vebinar formatında anım mərasimi keçiriləcək.

Əhli-Beyt (ə) aşiqi olan bu xristian ədibin vəfatının 17-ci və viladətinin 109-cu ildönümü mərasimi İran İslam Respublikasının Beyrutdakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu gün, Bazar Ertəsi günü, 1 Mart 2021-ci il, Tehran vaxtı ilə saat 11:30-da virtual məkanın ZOOM platformasında keçiriləcək.  

"Süleyman Kəttani və dəyərlərin imamı" adlı vebinarda İranın Livandakı Mədəniyyət Əlaqələri Mərkəzinin məsulu Abbas Xameyar, Livanın Ali Məhkəmə Şurasının rəisi Ğalib Abdullah Ğanim, İran Dinlər və Mədəniyyətlərarası Dialoq Mərkəzinin rəisi Höccətul-İslam vəl-müslimin Məhəmməd Mehdi Təsxiri, İslam və Xristianlıq Əlaqələri Araşdırmaçısı keşiş Nema Saliba, əl-Mustafa Beynəlxalq İslam Elmləri Akademiyasının elmi heyətinin üzvü və Tarix İnstitutunun rəisi Dr. Nasir Rəfii, Livan Mədəniyyət Təşkilatının rəisi Şeyx Fəzl Muxəddər, Livanın Mədəniyyət və Dinlərarası Dialoq Mərəzinin baş katibi Şeyx Hüseyn Şəhadə, Nəcəf şəhərinin Dinlər Mədəniyyəti Müəssisəsinin rəisi Sadiq Məxzumi, İslam və Xristinalıq Əlaqələri Araşdırmaçısı keşiş Tuni Ğanim, dini, elmi, mədəni və ictimai şəxsiyyətlər, qəzet və jurnal yazarları və universitet ustadları iştirak edəcəklər.

Vebinarda iştirak etmə istəyənlər Zoom Meeting (۲۷۵ ۰۸۵ ۸۹۴۹  ) proqramı vasitəsi ilə aşağıdakı keçidə müraciət edə bilərlər:  

http://www.u-news.net/ar/۲۰/۱۰/۲۶۷۷/Live-%۷C-Unews-Agency.htm

 

Qeyd edək ki, Livanın məşhur xristian ədəb, şair və mütəfəkkiri Süleyman Kəttaninin viladəti və vəfatı Fevral ayının 27-də baş verib. Buna görə də vəfatının 17-ci və viladətinin 109-cu ildönümü birlikdə qeyd edilir.

Bu xristian yazar, şair və ədib həm də Əhli-Beytə (ə), xüsusi ilə də İmam Əliyə (ə) xüsusi eşq və sevgisi ilə yadda qalıb. Onun yazılarında Əhli-Beyt (ə) və vilayət ətri duyulur. Seyid Musa Sədr bu mərhum şair və ədəbin evində qonaq olmuş, onunla görüşmüş, onu dinləmiş və hətta namazını da onun evində qılmışdır. /3956709

 

Teqlər: Süleyman Kəttani ، şair ، ədib ، yazar ، livan ، xristian
Ad:
E-poçt:
* Comment:
* captcha: