IQNA

23:58 - March 07, 2021
Xəbər sayı: 3489415
Tehran (IQNA) -  İran İslam Respublikasının müxtəlif ölkələrdən olan müsəlman xanımlar üçün təşkil etdiyi IV Beynəlxalq Quran Yarışlarının final mərhələsi keçirilib.

Tehran (IQNA) -  İran İslam Respublikasının müxtəlif ölkələrdən olan müsəlman xanımlar üçün təşkil etdiyi IV Beynəlxalq Quran Yarışlarının final mərhələsi keçirilib.

Virtual keçirilən yarışların final mərhələsi bu gün, həftənin Bazar günü, 7 Mart 2021-ci il, İran İslami Təbliğat Təşkilatının "Təfəkkür" toplantı zalında keçirilib.

Toplantıda zalında yerləşən hakimlər heyəti dünyanın on üç ölkəsində yarışlara qatılan 13 Quran hafizi xanımın tilavətlərini dinləyiblər.

Hahimlər heyətinin tərkibi: Mərziyyə Diyani (təcvid/İran), Fereştə Məscidi (vəqf və ibtida / İran), Raziyə Cəmali (ləhn / İran), Fatimə Saadat Hüseynifər (hifz/İran), Tamam Ğəttiş (vəqf və ibtida/İordaniya), Bəyan Əbdürrəhman (muğam dəzgahı/İraq), Mariya Ulfət (ləhn/İndoneziya) və Münirə Şəğrun (hifz / Tunis), Pərvin Əmirabadi (hakimlər heyətinin rəisi) və Zeynəb Ağayi (hakimlər heyətinə nəzarətçi).  

"Bir kitab; Bir Ümmət" devizi ilə keçirilən Quran yarışları günün birinci yarısında yerli vaxtla saat 10:00-da başlayıb və günün sonunadək davam edib.

Yarışda İran, Əfqanıstan, Uganda, İndoneziya, Pakistan, Senegal, Qambiya, Mavritaniya, Nigeriya, Fil Dişi Sahili, Çad respublikası, Burundi və sair ölkələrdən xanımlar iştirak ediblər.

Yarışların yekun mərasimi Rəcəb ayının 27-də, Həzrət Peyğəmbərin (s) məbus olduğu gün, Besət (Məbəs) bayramında keçiriləcək. 

Qeyd edək ki, bu yarışların ilkin mərhələsində Afrika və Asiya  ölkələrindən olan xanımlar yarışların keçirilməsi komitəsinə 40 əsər göndərmişdilər. /3958125

Ad:
E-poçt:
* Comment:
* captcha: