Əhli-Beytin (ə) yeddinci nuru İmam Museyi Kazımın (ə) müsibətli şəhadətinin növbəti ildönümünün yaxınlaşması münasibətilə İranın Məşhəd şəhərində İmam Rzanın (ə) hərəminin günbəzində qara bayraq yüksəldilib.
İmam Museyi Kazım (ə) hicri qəməri tarixi ilə 182-ci il Rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhərlənərək, şəhadət məqamına yüksəlib.
İmam Museyi Kazımın (ə) müsibətli şəhadətinin növbəti ildönümü münasibətilə sabah İmam Rzanın (ə) hərəminin İmam Xomeyni adına səhnində əzadarlıq məclisi təşkil olunacaq.