IQNA

Rusiyada onlayn İslami dəyirmi masa keçirilir

10:49 - March 10, 2021
Xəbər sayı: 3489434
Tehran (IQNA) - Bu gün (10 Mart 2021) Rusiyada "Sibr, Ural və Volqa regionu müsəlmanlarının mədəniyyətində böyük İranın sufilik mirası" adlı onlayn İslami dəyirmi masa keçirilir.

Tehran (IQNA) - Bu gün (10 Mart 2021) Rusiyada "Sibr, Ural və Volqa regionu müsəlmanlarının mədəniyyətində böyük İranın sufilik mirası" adlı onlayn İslami dəyirmi masa keçirilir.

Bu onlayn İslami dəyirmi masa Moskva İqtisadiyyat Universitetinin Klassik Şərq İnstitutu və Şərşünaslıq İnstitutunun həmkarlığı və Rusiya İbni Sina Fondunun dəstəyi ilə təşkil edilib.

Rus və Fars dillərində keçirilən bu dəyirmi masa bu gün (10 Mart 2021) günün birinci yarısında, yerli vaxtla səhər saat 10:00-da başlayıb və günün ikinci yarısında, saat 16:00-dək davam edəcək.

Dəyirmi masa ZOOM proqram təminatı üzərindən onlayn yayımlanacaq və daha sonra məqalələr Rusiyanın İslamşünaslıq jurnalında çap və nəşr ediləcəkdir. 

İran qədim zamandan İslami irfanın ən mühüm mərkəzlərindən biri olmuş və bu diyarın sufilərinin ərəb və fars dillərindəki əsərləri dünyanın hər yerində yaşayan müsəlmanların həyat tərzində təsirli olmuşdur. Bu əsərlər Orta Asiya ölkələri yolu ilə Rusiya sərhədlərini də aşmışdır. Bu dəyirmi masanın hədəfi də İran sufiliyinin Rusiyanın Sibr, Volqa və Ural regionunda yaşayan müsəlman cəmiyyətinə göstərdiyi təsiri araşdırmaqdır.   / iqna 

captcha