IQNA

Roma Papası: "Bu silahları onlara kim satır?"

22:18 - March 10, 2021
Xəbər sayı: 3489435
Ötən həftənin 5-8 mart tarixlərində İraqa səfər edən ilk Roma Papası olan xristian katoliklərin lideri Fransisk jurnalistlərin suallarını cavablandırıb.

Ötən həftənin 5-8 mart tarixlərində İraqa səfər edən ilk Roma Papası olan xristian katoliklərin lideri Fransisk jurnalistlərin suallarını cavablandırıb.  

Bir jurnalistin Mosulun havadan xarabalıqdakı vəziyyətini gördükdə və kilsə dağıntılarında dua etdikdə nə hiss etdiyini soruşduqda Fransisk bunları deyib:   "Dağılan kilsənin qarşısında dayandım, deməyə söz tapa bilmədim. İnana bilmirdim... Təkcə bu kilsə yox, digərləri də, dağılan bir məscid də var idi... İnsanlığımızın vəhşiliyi inanılmazdır.

Kilsədə olanda ağlıma gələn sual belə oldu: Bu silahları kim bu məhvedicilərə satır? Məlumdur ki, evlərində düzəltmirlər... Silahları kim satır?

Bunlara kim cavabdehdir? Kaş ki, bu silahları satanlar heç olmasa səmimi olaraq "Biz satırıq" deyərdilər. Ancaq demirlər. Bu iyrəncdir".

 

captcha