IQNA

Şri-Lanka müsəlmanlara aid mindən çox məktəbi qapadacaq

9:19 - March 16, 2021
Xəbər sayı: 3489462
Tehran (IQNA) - Şri-Lanka hökuməti pərəncədən istifadənin qadağası və müsəlmanların 1000-dən çox dini məktəbinin (mədrəsəsinin) qapadılmasına dair planı elan edib.

Şri-Lanka hökuməti pərəncədən istifadənin qadağası və müsəlmanların 1000-dən çox dini məktəbinin (mədrəsəsinin) qapadılmasına dair planı elan edib.

Bu cür sərt məhdudiyyətlər barədə Şri-Lankanın ictimai təhlükəsizlik naziri Sara Virasekara bildirib.

O deyib ki, Nazilər Kabinetinə göndərilən müvafiq sənədi 12 martda imzalayıb.

Virasekara pərəncəni “ekstremizm əlaməti” adlandırıb və əlavə edib ki, “biz onu mütləq qadağan edəcəyik”.

O həmçinin bildirib ki, 1000-dən çox mədrəsə rəsmi şəkildə qeydiyyatdan keçirilmədiyi üçün qapadılacaq.

Qeyd edək ki, Şri-Lanka əhalisinin 70%-i buddist, təxminən 10 faizi isə müsəlmandır. /iqna

Teqlər: şri-lanka ، məktəb ، niqab ، hicab ، ekstremizm
captcha