IQNA

8:58 - March 25, 2021
Xəbər sayı: 3489501
Tehran (IQNA) - 27 yaşlı hicablı müsəlman-aktivist xanım islamofob-rəqiblərinin aqressiyasının öhdəsindən gələrək Niderland parlamentdə yer tutub.

Tehran (IQNA) - 27 yaşlı hicablı müsəlman-aktivist xanım islamofob-rəqiblərinin aqressiyasının öhdəsindən gələrək Niderland parlamentdə yer tutub.

“Biz, hər şeyə rəğmən, bunu bacardıq”, – deyə Kövsər Buşallixt bildirib.

O deyib ki, bərabərlik və ədalət naminə işləyəcək.

Kövsər Buşallix əslən Mərakeşdəndir və parlamentdə “GroenLinks” partiyasını təmsil edəcək.

Yerli KİV-lərin məlumatına görə, o, 19 mindən çox səs toplaya bilib.

Müsəlman xanım 2020-ci ildə verdiyi müsahidəbə bildirmişdi ki, Niderlandda insanların çoxunda İslamla bağlı yanlış təəssüratlar var və onlar aktiv ictimai fəaliyyət göstərən müsəlman bir xanımı görəndə çox zaman təəccüb edirlər. O, dünya ekologiyasının qorunub saxlanılması mübarizəsinə öz töhfəsini verməyə çalışdığını qeyd edib.

“Mən inanıram ki, dünya Allahın bizə verdiyi hədiyyədir və biz onun qayğısına yaxşı şəkildə qalmalıyıq”, – deyə o bildirib.

Araşdırmalara əsasən, Niderlanda islamofobiya səviyyəsi yüksəkdir. Bunu son illər məscidlərə artan hücumlar da göstərir. Məscidlərə hücumların təhlilinə əsasən, məscidə hücum edənlər əsasən cəzasız qalırlar. /iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: