IQNA

Qədim müsəlman şəhəri MDB-in mədəniyyət paytaxtı seçildi

9:13 - March 25, 2021
Xəbər sayı: 3489504
Mart ayının 21-da Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtının rəsmi elan mərasimi baş tutub. 2020-ci ildə bu fəxri statusu Qazaxıstanın Çimkənd şəhəri daşıyırdı.

Az.shafaqna.com “Islam News”-ə istinadən xəbər xəbər verir ki, Mart ayının 21-da Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtının rəsmi elan mərasimi baş tutub.

2020-ci ildə bu fəxri statusu Qazaxıstanın Çimkənd şəhəri daşıyırdı.

Bu il isə bu ada Tacikistanın paytaxtı Düşənbə şəhəri layiq görülüb.

Tədbir zamanı Düşənbə haqda qısa sənədli film də nümayiş etdirilib.

Adıçəkilən şəhər təkcə özünün tarixi və memari cəhətləri seçilmir. Bu gün şəhərdə 9 müzey, 7 teatr, bir neçə kinoteatr, 20-dən çox kitabxana fəaliyyət göstərir.

Tacikistan paytaxtında 60-dan çox park və bağça var.

Bu və gələn il Düşənbə həm də turizm paytaxtı seçilib. Bu titulu ona İqtisadi Əməkdaşlıq Təşkilatı verib.

Rusiyanın “Turstat” agentliyi isə onu MDB-in10 ən təhlükəsiz şəhərləri siyahısına daxil edib.

captcha