IQNA

ABŞ polisi müsəlman qadının hicabını zorla açdı

19:36 - April 04, 2021
Xəbər sayı: 3489561
ABŞ-ın ən iri müsəlman hüquq-müdafiə təşkilatı Kaliforniya ştatının Santa-Klara dairəsindəki hadisədən sonra güc strukturlarından hicaba qarşı mövqeyini dəyişməsini tələb edib.

ABŞ-ın ən iri müsəlman hüquq-müdafiə təşkilatı Kaliforniya ştatının Santa-Klara dairəsindəki hadisədən sonra güc strukturlarından hicaba qarşı mövqeyini dəyişməsini tələb edib.

Belə ki, Santa-Klara polisi əslən Somalidən olan və adı açıqlanmayan müsəlman xanımı tutub.

Həbs zamanı müsəlman xanım bildirib ki, dini baxışlarına görə hicabını aça bilməz, lakin polislər zor gücü ilə onun başını açıblar və protokol üçün şəklini çəkiblər. Saxlanılan xanım dərhal sviteri ilə başını örtsə də, onu da onun əlindən alıblar.

Amerika-İslam Münasibətləri Şurasının (CAIR) rəsmisi Ammad Rafiqi bildirib ki, polisin bu cür zorakı hərəkəti və müsəlman xanımın konstitusiyon hüququnun pozulması utancvericidir.

CAIR-in hüquq-müdafiəçiləri polisin hərəkətləri ilə bağlı şikayət ediblər və üzrxahlıqla yanaşı, dini başörtüklü olan şəxslərin saxlanılması siyasətinə dəyişikliyin edilməsini də tələb ediblər.

Polisdən araşdırmanın aparılacağına dair söz verib. /Şəfəqna

captcha