IQNA

Hollandiyanın qərbində məscidi yandırdılar

7:03 - April 05, 2021
Xəbər sayı: 3489562
Tehran (IQNA) - Hollandiya polisinin verdiyi xəbərə görə, ölkənin qərbində Gouda şəhərində müsəlmanların yeni tikilməkdə olan ibadət məkanını naməlum şəxslər yandırıblar.

Tehran (IQNA) - Hollandiya polisinin verdiyi xəbərə görə, ölkənin qərbində Gouda şəhərində müsəlmanların yeni tikilməkdə olan ibadət məkanını naməlum şəxslər yandırıblar.

Hollandiya polisi məscidi yandırmaqda şübhəli bilinən 40 yaşlı bir nəfəri həbs etdiyini məlumat verib.

Hollandiyanın Mərakeşli müsəlmanlarının İslam Birliyinin rəis müavini Fərid Həbib deyib: Yeni tikilməkdə olan məscid həftənin Şənbə günü, 3 Aprel 2021-ci il, sübh vaxtı naməlum şəxslərin hücumuna məruz qalıb. Amma məsciddə çıxıralıan yanğının qarşısı vaxtında alındığı üçün məscidə təkcə maddi zərər dəyib.

Məscidin yandırılması cinayət ilə bağlı Hollandiya polisi əməliyyata başlayıb və bu işdə şübhəli bilinən 40 yaşlı bir kişini saxlayıb. /iqna

Teqlər: hollandiya ، guada ، məscid
captcha