IQNA

Azərbaycandan Həcc ziyarəti ilə əlaqəli Hacı Şahindən AÇIQLAMA

13:30 - April 07, 2021
Xəbər sayı: 3489578
"Bu il Azərbaycandan Həcc ziyarətinin baş tutub-tutmayacağı hələlik məlum deyil. Bununla bağlı Ərəbistan yaxın günlərdə açıqlama verəcək" - bunu QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Bu il Azərbaycandan Həcc ziyarətinin baş tutub-tutmayacağı hələlik tam məlum deyil.

Az.shafaqna.com-un məlumatına görə bunu Trend-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Həcc idarəsi yaxın günlərdə açıqlama verəcək:

“Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı belə bir qərar verib ki, vaksinasiya olunmuş şəxslər ziyarətə gedə bilərlər. Azərbaycanda isə hələlik bu barədə tam qərar verilməyib, Həcc idarəsi bu barədə yaxın günlərdə açıqlama verəcək, ancaq hər bir halda qoyulan tələblərə riayət olunmalıdır”.

captcha