IQNA

10:37 - April 11, 2021
Xəbər sayı: 3489597
Tehran (IQNA) - Naməlum şəxslər Fransanın qərbində yerləşən Nant şəhərinin Luar Atlantik (Loire-Atlantique) rayonunda müsəlmanların ibadət məkanını yandırıblar.

Tehran (IQNA) - Naməlum şəxslər Fransanın qərbində yerləşən Nant şəhərinin Luar Atlantik (Loire-Atlantique) rayonunda müsəlmanların ibadət məkanını yandırıblar.

Frans polisinin verdiyi məlumata görə, naməlum şəxslər məscidin ətrafına kağız və karton toplayaraq yandırıblar.

"Məscidu-Rəhmət" məscidinin qapısında yandırılan bu kağız və kartonlar məscidin divarları və qapısının yanmasına səbəb olub.

Fransanın İslam Şurası (CFCM) bu hadisəni məhkum edib və təxribatçı və nifrət yaradan addım hesab edib.  

Fransanın yerli rəsmiləri hadisə ilə bağlı araşdırmaya başlayıblar.

Fransanın baş naziri öz sosial şəbəkə hesabında hadisə ilə bağlı Luar Atlantik (Loire-Atlantique) rayonunda yaşayan müsəlmanları dəstəklədiyini bildirib. / iqna

Teqlər: Fransa ، Nant ، Luar Atlantik
Ad:
E-poçt:
* Comment:
* captcha: