IQNA

YUNESKO Fələstinin lehinə iki qətnamə qəbul edib

10:11 - April 17, 2021
Xəbər sayı: 3489634
YUNESKO Fələstinin lehinə iki qətnamə qəbul edib. Bu barədə "Quds-Arabi" qəzeti Fələstin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, YUNESKO Fələstinin lehinə iki qətnamə qəbul edib.  

Bu barədə "Quds-Arabi" qəzeti Fələstin  Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.  

Məlumata görə, YUNESKO tərəfindən "İşğal olunmuş Fələstin” və “Təhsil və Mədəniyyət Təşkilatları” adlı iki qətnamə səs çoxluğu ilə qəbul edilib.  

Qətnamələrdə işğal olunmuş Qüdsün statusu vurğulanaraq, İsrailin bu şəhərdə gördüyü tədbirlərin qanunsuz olduğu və bu tədbirlərin ən qısa zamanda ləğv edilməsinin zəruri olduğu vurğulanıb.

captcha