IQNA

11:14 - April 17, 2021
Xəbər sayı: 3489635
"Quran və İslamı şəxsi və ibadi məsələlərlə məhdudlaşdıranlar Quranı tanımamış və onu oxumamışlar" - bunu Ayətullah Üzma Seyid Əli Xamenei bu gün keçirilən Quranla üns məclisindəki çıxışında bildirib.
"Quran və İslamı şəxsi və ibadi məsələlərlə məhdudlaşdıranlar Quranı tanımamış və onu oxumamışlar." - bunu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei bu gün keçirilən Quranla üns məclisindəki  çıxışında bildirib. 
“Quran və İslamı yalnız fərdi həyat tərzi və ibadi məsələlərlə  məhdudlaşdıranlar insanları cəmiyyətdən təcrid edirlər. Asket həyat tərzini önə çəkən bu düşüncə cəmiyyətə daxil olan insanın Quranı bir kənara qoymasına gətirib çıxarır. Bu cür düşünənlər insafən  Quranla tanış deyillər.  Onlar nə Quranı tanımış, nə də onu oxumuşlar."
Ali Rəhbər bildirib ki,  Quran özünü siyasi və ictimai problemlərdən heç vaxt kənarda görmür. 
“Tağutlar, hegemonlar, israfçılar və zülmkarlarla mübarizədən çəkinmir.  Həmişə onların qarşısında durur. Bu səbəbdən Quran insanların hər birinin hər bir sahədə əlindən tutmağa və onu hidyaət etməyə  məsuldur. Biz Quranın bu hidayətindən haçan istifadə edə bilərik?   "O, təqvalıları hidayət edir." Təqva varsa, bu hidayət, sözün həqiqi mənasında və bütövlükdə bizim olacaq." /iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: