IQNA

12:27 - April 17, 2021
Xəbər sayı: 3489636
Mübarək Ramazan ayının ilk günündə Beytullahul-Həramın (Kəbə evi) ziyarətçiləri Məğrib azanından öncə Allah evinin ziyarətini edərək Ramazan ayının ilk Şam namazını bu müqəddəs məkanda qılıblar.

Mübarək Ramazan ayının ilk günündə Beytullahul-Həramın (Kəbə evi) ziyarətçiləri Məğrib azanından öncə Allah evinin ziyarətini edərək Ramazan ayının ilk Şam namazını bu müqəddəs məkanda qılıblar.

İlahi ziyafət ayının ilk günü Kəbə evini ziyarət edən zəvvarlar koronavirus pandemiyasına qarşı hazırlanmış protokollara və fiziki fasiləyə riayət edərək camaat namazı qılıblar.

Koronavirus pandemiyasına görə bu il də Kəbənin və Peyğəmbər (s) məscidinin zəvvarlarına iftar süfrəsi açılmayacaq. Amma keçən il olduğu kimi bu ildə zəvvarlar arasında öncədən hazırlanmış hazır yemək paketləri paylanılacaq.

Səudiyyə Ərəbistanı dövlətinin yeni qərarına əsasən, təkcə koronavirusa tutularaq sağalmış və ya hər iki doz peyvəndi qəbul etmiş ziyarətçilər Hərəmeyni-Şərifeynin (Məkkə və Mədinə) ziyarətinə nail ola biləcəklər. /iqna

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: