IQNA

Qəzzadan sionist rejimə 36 raket atıldı

21:22 - April 26, 2021
Xəbər sayı: 3489688
Fələstinli müqavimət qruplarının işğal altındakı Qüdsdəki hadisələrlə əlaqədar xəbərdarlıqlarından sonra Təl-Əviv bildirib ki, səhər Qəzza ətrafındakı qəsəbələrə 36 raket atılıb.
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Deyerler.org-a istinadən xəbər verir ki, son 24 saat ərzində fələstinlilərin Qüds və blokadada olan Qəzzaya son hücumlarına qətiyyətli cavab verməsi nəticəsində İsrail rejiminin işğalı altındakı ərazilərdə raket xəbərdarlıq sirenaları bir neçə dəfə işə salınıb.

Sionist mediası şənbə günü Fələstin müqavimət hərəkatlarının gecə saatlarında Qəzzadan işğal altındakı ərazilərə doğru 36 raket atdığını və səhərin erkən saatlarında müxtəlif sionist qəsəbələrində xəbərdarlıq sirenalarını işə saldığını bildirib.

İsrail rejiminin rəsmiləri raketlərin çoxunun “boş ərazilərə” zərbə endirdiyini və mərmilərin altısının Dəmir Qübbə raketdən müdafiə sistemi tərəfindən tutulduğunu iddia edib.
Teqlər: qəzza ، fələstin ، qüds ، sionist rejim
captcha