
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Deyerler.org-a istinadən xəbər verir ki, son 24 saat ərzində fələstinlilərin Qüds və blokadada olan Qəzzaya son hücumlarına qətiyyətli cavab verməsi nəticəsində İsrail rejiminin işğalı altındakı ərazilərdə raket xəbərdarlıq sirenaları bir neçə dəfə işə salınıb.
Sionist mediası şənbə günü Fələstin müqavimət hərəkatlarının gecə saatlarında Qəzzadan işğal altındakı ərazilərə doğru 36 raket atdığını və səhərin erkən saatlarında müxtəlif sionist qəsəbələrində xəbərdarlıq sirenalarını işə saldığını bildirib.
İsrail rejiminin rəsmiləri raketlərin çoxunun “boş ərazilərə” zərbə endirdiyini və mərmilərin altısının Dəmir Qübbə raketdən müdafiə sistemi tərəfindən tutulduğunu iddia edib.