IQNA

Məkkəyə güclü yağış yağdı

16:20 - April 28, 2021
Xəbər sayı: 3489707
Cümə günü Məkkə, Mədinə, əl-Bəha, Cəzan, Nəcran, həmçinin ər-Riyad və Qassimdə güclü yağma ehtimalı ilə bağlı proqnoz verilmişdi.

IQNA xarici mediaya istindən xəbər verir ki, məkkəlilər şəhərlərinə yağan misilsiz yağışdan şok olublar.

Sosial şəbəkələr güclü yağışdan su altında qalan küçələrin görüntüləri ilə doludur.

Cümə günü Məkkə, Mədinə, əl-Bəha, Cəzan, Nəcran, həmçinin ər-Riyad və Qassimdə güclü yağma ehtimalı ilə bağlı proqnoz verilmişdi.

Məkkə şəhərinə güclü yağışla yanaşı dolu da yağıb.

Bu əsnada Məscidül-Həramd Kəbəni təvaf edənlərdən biri bildirib ki, “biz bunu gözləmirdik”.

“Birdən yağış damcılarını hiss etdim, daha sonra isə ətrafdakı insanların yağan güclü yağışdan sevindiklərini hiss etdim. Sanki bütün dualarımıza cavab verilmişdi. Yağış dinimizdə mərhəmət deməkdir və biz xoşbəxtik ki, müqəddəs Ramazan ayında burada olmaq imkanına sahibik. /Şəfəqna

Teqlər: Cəzan ، nəcran ، Qassim ، məkkə ، mədinə ، həcc ، yağış
captcha