IQNA

18:19 - April 30, 2021
Xəbər sayı: 3489721

Müsəlman futbolçulara xatir qarşılaşmada iftar fasiləsi

“Lester” və ”Kristal Pelas” qarşılaşması zamanı oyunun birinci taymı zamanı fasilə verilib ki, oruc tutan “Lester”-in müdafiəçisi Vesli Fofana və “Kristal Pelas”-ın yarımmüdafiəçisi Şeyk Kuyyate iftar etsinlər.

Müsəlman futbolçulara xatir qarşılaşmada iftar fasiləsi

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Premyer Liqası (İPL) tarixdə ilk dəfə olaraq iftar vaxtı oyunu müvəqqəti olaraq dayandırıb.

33-cü turun “Lester” və ”Kristal Pelas” arasındakı qarşılaşması zamanı oyunun birinci taymı zamanı fasilə verilib ki, oruc tutan “Lester”-in müdafiəçisi Vesli Fofana və “Kristal Pelas”-ın yarımmüdafiəçisi Şeyk Kuyyate iftar etsinlər.

Qarşılaşma 2:1 hesabı ilə “Lester”-in qələbəsi ilə başa çatıb.

Oyundan sonra Fofana bununla bağlı olaraq hər kəsə öz təşəkkürünü bildirib.

Teqlər: futbol ، ramazan ، iftar fasiləsi
captcha