IQNA

Bu gün möminlərin əmiri İmam Əlinin (ə) şəhadətə çatdığı gündür

12:06 - May 04, 2021
Xəbər sayı: 3489747
Bu gün birinci, Ramazan ayının 21-i, İmam Əlinin (ə) şəhid edildiyi gündür. O 19 Ramazanda məlun İbni Mülcəm tərəfindən Kufə məscidində zərbətləndikdən sonra, 21 Ramazanda dünyasını dəyişmişdir.

Bu gün birinci, Ramazan ayının 21-i, İmam Əlinin (ə) şəhid edildiyi gündür. O 19 Ramazanda məlun İbni Mülcəm tərəfindən Kufə məscidində zərbətləndikdən sonra, 21 Ramazanda dünyasını dəyişmişdir.

Tarixi sənədlərə əsasən, İmam Əli (ə) “Ammul-fil” -Peyğəmbərin (s) doğulduğu 570-ci ildən 30 il sonra, cümə günü əzəmətli Kəbənin daxilində dünyaya göz açmışdır.

O, həzrətin atası Əbdül-müttəlibin oğlu Əbu Talib (İmran), anası Fatimə binti Əsəddir. Xanım Fatimə Əsəd qızı doqquz aylıq hamilə olduğu halda dua etmək üçün Kəbəyə gəlir. Qəflətən Kəbənin divarı yarılır və Fatimə Əsəd qızı içəri girir. Sonra divar yenidən birləşir. Fatimə üç gün kəbənin içində tək qalır. Rəcəb ayının 13-də Kəbə həmin yerdən ayrılır, Fatimə qucağında bir uşaq bayıra çıxır. Və qeybdən bir səs eşidir: “Ey Fatimə! Bu hörmətli övladının adını Əli qoy!…”

Bu adın mənası “böyük”, “yüksək”, “uca” deməkdir… İndiyədək Əmirəl-möminindən (ə) başqa heç kəs bu müqəddəs məkanda (Kəbədə) doğulmayıbdır.

Rəvayətə görə, Əbdül-müttəlibdən sonra Əlinin (ə) təlim tərbiyəsini Peyğəmbər (s) öhdəsinə götürmüşdür. Əlinin (ə) 10 yaşı olanda Peyğəmbərə (s) iman gətirmişdir. Qurani-Kərimdə Əli (ə) haqqında 300-ə yaxın ayə nazil olmuşdur.

İmamətin atası olan Əli (ə) 63 illik ömründə dünyaya 36 övlad (17 oğlan, 19 qız ) bəxş eləmişdir. 30 il imamlıq dövrü yaşayan Əli (ə) hicri tarixinin 40-cı ilində, mübarək Ramazan ayının 19-da Kufə məscidində Əbdür-rəhman ibn Mülcəm (l.ə) tərəfindən qətlə yetirilmişdir.

Şərafətli qəbri müqqəddəs Nəcəf şəhərindədir.

Kimdir Həzrəti Əli? 

  1. Rəsulullahın əmisinin oglu.
  2. Ona ilk iman edən uşaq.
  3. Hicrət gecəsi Peyğəmbərin (s) yatağında yorğanı başına çəkib yatan, yəni ölümü gözə alan bir igid.
  4. Rəsulullah onun atasının yanında böyüyüb, o Rəsulullahın yanında. Yəni, tərbiyyəni Rəsulullahdan(s) alıb.
  5. Rəsulullahın kürəkəni. Peyğəmbər (s) nəsli Həzrəti Fatimə və Həzrəti Əlinin nəsli ilə davam edir.
  6. Elmin qapısı.
  7. 7.Ədalətli xəlifə. Həzrəti Əlinin şəhadəti ilə xəlifəlik bitir, İslamın səltənən dövrü başlayır…
  8. Allahın Aslanı, Heydər, Əbu Həsən, Əbu Turab ləqəbləri ilə də anılır…
  9. Kəbədə dünyaya göz açan yeganə insan.
  10. Rukuda zəkat verən və səcdədə zərbətlənib, şəhadətə çatan.

Mən, ya Rəsulallah!

Rəsulullah harda olarsa, Həzrəti Əli mütləq orada olardı. İman etdiyi 3-cü ilin sonlarında Rəsulullah (s) Allahın “qohumlarından başlayaraq” “açıq dəvət et!” əmrini yerinə yetirmək üçün doğmalarını evinə dəvət edir. Qonaqlıq verir və məqsədini açıqlayır. Əmisi Əbu Ləhəb ona qarşı çıxaraq bu dəvətinə əngəl olur. Rəsulullah (s) 13 yaşlı həzrət Əliyə deyir: “Nə edək, ya Əli?”

Həzrəti Əli “Onları bir daha toplayaq”, – deyir. Beləliklə, ertəsi gün həmin qohumlar bir daha toplanır. Rəsulullah bir gün əvvəlki sözlərini təkrar edir, qohumlarından səs çıxmayınca Həzrəti Əli “mən sənə iman etdim, ya Rəsulullah!” deyərkən, orada olan dəvətlilər 13 yaşlı bu uşağın Rəsulullaha əl verməsini lağa qoyub gülmüşdülər. Lakin Allah Rəsulu ona uzanan o əli tutmuş və bir daha da buraxmamışdı.

Həzrəti Əli o gün “ənə” (mən) deyərək önə çıxdığı kimi hicrətdə də “ənə” deyərək önə çıxmışdı. Daha sonra da ömrünü İslama qurban deyərək peyğəmbərlə döyüşlərə qatılmışdı: Bədrdə, Uhudda, Xəndəkdə… hər birində “ənə, ya Rəsulullah!” deyərək ön sıralarda vuruşmuşdu. İlk iman edənlərdən olduğu kimi hər zaman İslamın öndərlərindən olmuşdu.

Bədrə əlində bayraq qatıldı, Uhudda qazi oldu, bütün cihadlarda Rəsulullahın yanında yer aldı, ən çətin döyüşlərdə ad-san qazandı.

Əli (ə) barədə peyğəmbərin dilindən bəzi hədislər:

Allahın Peyğəmbəri (s): “Səni yalnız mömin sevər və sənə yalnız münafiq ədavət bəsləyər.” (Kənzul-Ummal, hədis 32878)

Allahın Peyğəmbəri (s): “Əli yaxşı əməl sahiblərinin rəhbəri və pis əməl sahiblərini öldürəndir. Kim ona yardım etsə, onun özünə də yardım edilər və onu tək qoyan köməksiz qalar.” (Kənzul-Ummal, hədis 32909)

Allahın Peyğəmbəri (s) Əliyə işarə edərək buyurmuşdur: “Bu mənim sizin aranızda qardaşım, vəsim və canişinimdir. Onun əmrlərini eşidin və tabe olun.” (Kənzul-Ummal, hədis 36419)

Allahın Peyğəmbəri (s): “Əli məndəndir, mən Əlidən. O, hər bir möminin vəli və başçısıdır.” (Kənzul-Ummal, hədis 32938)

Allahın Peyğəmbəri (s): “Əli Quran ilə və Quran Əli ilədir və onlar hovuzun (Kövsər hovuzunun) kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birlərindən ayrılmazlar.” (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.3, səh.124, hədis 125)

Allahın Peyğəmbəri (s): “Mən elmin şəhəri, Əli onun qapısıdır. Buna görə də elm istəyən kəs həmin qapıdan daxil olmalıdır.” (Kənzul-Ummal, hədis 32979)

Allahın Peyğəmbəri  (s): “Mənimlə Əli bir ağacdanıq, digər insanlar isə müxtəlif ağaclardan.” (Kənzul-Ummal, hədis 32943)

Allahın Peyğəmbəri (s) Əliyə (ə): “Səninlə mənim məqamım Harunla Musanın məqamı kimidir, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.” (Kənzul-Ummal, hədis 32881)

Allahın Peyğəmbəri (s): “Əlinin bu ümmətin boynunda olan haqqı, atanın övladının boynunda olan haqqı kimidir.” (Biharul-Ənvar, c.36, səh.5, hədis 1)

İmam Əlinin (ə) şəəhadəti münasinətilə, əsrin İmamı dünya müsəlmanları və bütün ədalətsevərlərə dərin hüznlə başsağlığı veririk!

captcha