IQNA

SEPAH Kabildəki hadisəyə görə bəyanat verdi

10:29 - May 11, 2021
Xəbər sayı: 3489791
İran İnqilab Keşikçiləri yayımladığı yazılı açıqlamasında Əfqanıstanın paytaxtı Kabildəki Seyyiduş-Şühəda (ə) adına qızlar məktəbinin qarşısında təşkil edilən terror hücumunu qınayıb.  

İran İnqilab Keşikçiləri yayımladığı yazılı açıqlamasında Əfqanıstanın paytaxtı Kabildəki məktəbin qarşısında təşkil edilən terror hücumunu qınayıb.  

İnqilab Keşikçiləri tərəfindən yayımlanan bəyanatda aşağıdakı ifadələr yer alıb:  "Şənbə gecəsi Kabildə bir məktəbin qarşısında baş verən, 65-dən çox oruc tutan qız və onların analarını öldürən, ən azı 160 dinc sakinin yaralanmasına səbəb olan cinayət Əfqanıstan xalqı üçün böyük və kədərli bir faciəyə səbəb oldu.

ABŞ-ın bəzi dəlillərin əksinə olaraq, Əfqanıstandan çıxmağa başladığını iddia etdiyi bir vəziyyətdə Suriya və İraqdan təkfirçi terrorçuları Əfqanıstana göndərərək, terror aktları törətmək üçün bölgədəki tərəfdaşlarının silah, maddi və mənəvi dəstəyini alaraq, "ABŞ qoşunları çıxacağı təqdirdə müharibə və təhlükə ab-havası Əfqanıstana qayıdacaq" fikrini zehinlərə yeritməyə çalışdığı üçün bu dəhşətli hadisədə Ağ Ev əsas məsul hesab olunur".  

İran İnqilab Keşikçiləri bu ABŞ planını və bu unudulmaz cinayəti qınayaraq, Əfqanıstanın müsəlman xalqına, xüsusilə baş verən hadisədə həlak olanların ailələrinə başsağlığı verib və yaralılar üçün şəfa diləyib.  

Bəyanatda, həmçinin "ABŞ terror rejimi və Ağ Evin müttəfiqləri İslam ümmətinə, xüsusən günahsız Əfqanıstan xalqına qarşı pis əməllərinə son qoymalıdırlar.

Dünya ictimaiyyəti ABŞ-ın Qərbi Asiyadan çəkilməsinin bölgədəki müsəlman xalqlara daimi təhlükəsizlik və sülh gətirəcəyinə inanır", - deyə qeyd edilib. /eastnews.org/

captcha