IQNA

19:04 - May 13, 2021
Xəbər sayı: 3489812
Banqladeşdə unikal məscidin inşası davam etməkdədir. Tikintisi tamamlanmaqda olan məscidin 201 günbəzi və təxminən 140 metr hündürlüyündə olan minarəsi var.

Banqladeşdə unikal məscidin inşası davam etməkdədir. Tikintisi tamamlanmaqda olan məscidin 201 günbəzi və təxminən 140 metr hündürlüyündə olan minarəsi var.

Layihə təşəbbüskarı Rafiqul-İslamdır. Məscidin inşası 2013-ci ildə start götürüb.

Tikinti işlərinin 75%-i başa çatıb.

“Dünyada çoxlu gözəl və böyük məscidlər var, lakin bu məscidin fərqi bundadır ki, onun 201 günbəzi var və bildiyimiz qədəri ilə də, dünyada bu qədər günbəzi olan başqa məscid yoxdur”, – layihə təşəbbüskarının qardaşı Əbdül-Qədir bildirib.

Qeyd edilib ki, məsciddə 15 min nəfər ibadət edə biləcək.

Ad:
E-poçt:
* Comment:
* captcha: