IQNA

Sionist rejim məscidlərə də hücum edir

8:39 - May 15, 2021
Xəbər sayı: 3489822
Sionist yaraqlılar İsrail rejiminin (işğal altındakı Fələstin) Lod şəhərində fələstinlilərin olduğu məscidə həqiqi güllələrlə hücum edib.

Sionist yaraqlılar İsrail rejiminin (işğal altındakı Fələstin) Lod şəhərində fələstinlilərin olduğu məscidə həqiqi güllələrlə hücum edib.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, fələstinli vəkil Xalid Zabarka sosial mediadakı video mesajında bunları deyib: “İsrail (sionist rejim) yəhudiləri (sionistlər) Lod şəhərinin mərkəzindəki böyük məscidə axşam namazı qılınandan sonra hücum etdi. (İsraillilər) Namaz əsnasında bizə həqiqi güllələrlə atəş açdı. Fələstinli gənclər onlara müqavimət göstərərək onları dəf etdilər”.

Zabarka, bütün fələstinliləri Lod şəhərinə gəlməyə çağırdı və İsrail rejiminin polisinin gəlmə sionistlərin şəhərə gəlməsinə icazə verdiklərini və radikal qrupların silahlı dəstələrlə şəhərdə gəzdiklərini bildirib.

Daşlarla məscidə hücum etdilər

Digər tərəfdən, fotomüxbir Oren Ziv Anadolu Agentliyinə (AA) verdiyi açıqlamasında, bir qrup sionistin Lod şəhərindəki Dəhməş məscidinə daşlarla hücum etdiyini söyləyib

Məsciddən kömək üçün çağırış edildi

Bundan əlavə, sosial şəbəkə paylaşımlarında İsrail rejiminin şimalındakı Akka şəhərindəki Cezzar Ahmet Paşa məscidi tərəfindən “İsraillilər məscidi yandırmağa çalışdılar” elanı yayılaraq, fələstinli gənclər məscidi müdafiə etməyə çağrılıb.

Növbəti elanda məscidin imamı gənclərin köməyə gəldiklərini, məscidi qoruduqlarını və yəhudilərin ibadət yerlərini yandırmalarının qarşısını aldıqlarını söyləyib.

Lod şəhərində komendant saatı başlamamış hadisələr yenidən şiddətlənib.

Lod şəhərində bir sionistin bir fələstinlini şəhid etməsilə başlayan hadisələrə görə, saat 21:00-04:00 arasında fövqəladə vəziyyət və komendant saatı elan edilib.

İşğal altındakı Şərqi Qüdsdə və Əl-Əqsa məscidinə yaşanan hadisələrdən sonra, İsrail rejimində fələstinlilərinin yaşadıqları bir çox şəhər və qəsəbələrdə Qüds və Əl-Əqsaya dəstək nümayişləri təşkil edilib və nümayişlərdə iştirak edən çoxlu sayda fələstinli İsrail rejiminin polisi tərəfindən tutulub.

Sosial mediada paylaşılan görüntülərdə sionistlərin fələstinliləri dəyənəklərlə döydükləri və üzərlərinə tüpürdükləri görülüb. Hücuma məruz qalan fələstinlinin taleyi barədə heç bir məlumat əldə olunmayıb.

Oxşar görüntülər digər şəhərlərdə, xüsusən də Lodda qeydə alınıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti tərəfindən verilən yazılı açıqlamada, İsrail rejiminin əsgərlərinin İordan çayının qərb sahilindəki Nablus, Kalkiliya, Əl-Xəlil, Beytullahim və Jerixo şəhərlərinə həqiqi və plastik güllə ilə yanaşı göz yaşardıcı qazla müdaxilə etdiyi qeyd edilib.

Açıqlamada İsrail rejiminin əsgərlərinin hücumlarında 23-ü həqiqi, 8-i plastik güllə ilə olmaqla 33 fələstinlinin yaralandığı qeyd edilib.

Bəzi fələstinlilərin İsrail rejiminin əsgərləri tərəfindən də döyüldüyü vurğulanan açıqlamada, onlarla insanın da qaz qumbarasından xəsarət aldığı qeyd edilib.

captcha